
Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniyanın II Bundesliqasında 31-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb.
Görüş 3:3 hesabı ilə yekunlaşıb. Mahir bu görüşdə qolla yadda qalıb.
O, 45+4-cü dəqiqədə komandasının ikinci qolunu vurub və 87-ci dəqiqədə əvəzlənib.
Hazırda Mahirin aktivində cari çempionat mövsümündə 20 matçda 7 qol var. O, artıq ardıcıl üçüncü matçda fərqlənir.
Hazırkı vəziyyətə görə, "Nürnberq" 45 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Emreli Almaniya 2-ci liqasında meydana çıxdığı son 3 görüşdə 4 qolla yadda qalıb.