“Əgər Mahir diqqətini cəmləsə və hər şeyini ortaya qoysa, bizə çox kömək edə bilər"

12:40 Bizimkilər 195
“Əgər Mahir diqqətini cəmləsə və hər şeyini ortaya qoysa, bizə çox kömək edə bilər"

"Nürnberq"in (Almaniya) futbolçusu Yulian Yustvan komanda yoldaşı Mahir Emreli barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı alman yarımmüdafiəçi Bundesliqanın 30-cu turunda "Paderborn"a qarşı matçda (2:3) M.Emreliyə hər iki qolun ötürməsini edib.

O, "Clubfokus" saytına açıqlamasında deyib ki, azərbaycanlı futbolçunun əla oyunçu keyfiyyətləri var:

" Aydındır ki, əgər o, diqqətini cəmləsə və hər şeyini ortaya qoysa, bizə çox kömək edə bilər".

M.Emrelinin "Nürnberq"lə müqaviləsi bu mövsümün sonu başa çatır. Yulian Yustvan bu haqda danışarkən bildirib: "Mən onun qalmasını istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti