“Burada klublara böyük pullar buraxmırlar”

01:50 Bizimkilər 132
“Burada klublara böyük pullar buraxmırlar”

Azərbaycan millisinin sabiq qapıçısı, hazırda "Kırqızaltın"da çıxış edən Andrey Popoviç sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Qırğızıstanda legioner həyatı yaşayan 31 yaşlı kiper qışda verdiyi qərarı bu cür şərh edib:

“Ukraynada olduğum vaxtda Azərbaycan klublarından təklif almamışdım. Qırğızıstandan dəvət gəldi.

Mən də razılaşmaq istədim. Düzünü desəm, hazırda Azərbaycan Premyer Liqası Qırğızıstan çempionatından güclüdür.

Amma burada da futbol ciddi şəkildə inkişaf etməyə başlayıb, klublar infrastruktura fikir verirlər. Doğrudur, böyük pullar buraxmırlar, Qırğızıstanda addım-addım irəliləmək istəyirlər”.

Popoviç, Azərbaycan millisinin qapıçıları haqda da fikirlərini bildirib:

“Şahruddini çoxdandır ki, tanıyıram. Hazırda onu Azərbaycan Premyer Liqasının ən güclü qapıçısı hesab edirəm.

Rza Cəfərovu da görmüşəm, pis qapıçı deyil. Hər halda o, əbəs yerə artıq indidən “Neftçi”nin kapitanı deyil.

Millidə Mehdi Cənnətov və Aydın Bayramov da var. Məncə, onlar millidə qapıçıların özəyini təşkil edirlər.

Yusif İmanov və Nicat Mehbalıyevə də diqqət çəkmək istəyərdim. İki yerli, gənc qapıçılar...Milli üçün potensial qolkiperlərdir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...