
Azərbaycan milliыштшт hücumçusu Mahir Emreli klubu "Nürnberq"in heyətində son 2 oyunda 3 qol vurması barədə danışıb.
QOL.az xəbər verir ki, o, 29-cu turda "Kayzerlautern"lə matçda (1:2) bir, 30-cu turda "Paderborn"la görüşdə (2:3) isə iki qolun müəllifi olub.
27 yaşlı futbolçu hər iki matçda əsas heyətdə meydana çıxıb.
Emreli Almaniyanın "Clubfokus" nəşrinə müsahibəsində bu oyunlarda qol vurmasına baxmayaraq, təvazökar fikirlər səsləndirib:
"Məni təbrik etmək üçün əsas yoxdur. Çünki xalsız qaldıq və sevinə bilmirik".
Nəşr yazır ki, Mahir topu özündə çox saxlamağı və hücumun dərinliyinə qədər getməyi xoşlayan oyunçudur
. Amma "Paderborn"la oyunda bu, onun üçün demək olar qadağan olunmuşdu. Çünki yeganə hücumçu kimi oynayırdı. Emreli bu haqda danışarkən deyib:
"Topu tez-tez almamaq cəhənnəmə bənzəyirdi. Amma əlbəttə, mən məşqçilərin tapşırıqlarına əməl edirdim".