
"Hər məğlubiyyət bir dərsdir".
Sportinfo.az xəbər verir ki, bunu "Nürnberq"dəçıxış edən Mahir Emreli şəxsi instaqram hesabında yazıb.
27 yaşlı hücumçu II Bundesliqanın XXX turunda doğma meydanda "Paderborn"a uduzduları matç haqqında fikirlərini bölüşüb:
"Bu, gözlədiyimiz nəticə deyil. Buna baxmayaraq, mübarizə apardığımız üçün qürur duyuruq.
Komanda ilə fəxr edirik. Biz daha güclü qayıdacağıq. Dəstəyiniz üçün minnətdarıq".
"Nürnberq"in "Paderborn"a 2:3 hesabı ilə məğlub olduğu görüşdə komandanın qollarını Mahir Emreli vurub.