Millimizin müdafiəçisinin komandası heç-heçə etdi

08:50 Bizimkilər 164
Millimizin müdafiəçisinin komandası heç-heçə etdi

Albaniya Super Liqasında 35-ci turun oyunları keçirilir.

Sportinfoi.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Skenderbeu" ilə qarşılaşıb.

Matç 0:0 hesablı heç-heçə ilə bitib.

Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Lider "Eqnatiya" 59 xalla ən yaxın rəqibi "Vlazniya"nı 3 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti