Hazırda Azərbaycanın ən yaxşısı “Qarabağ”dır, amma...

19 Aprel 13:20 Bizimkilər 231
Hazırda Azərbaycanın ən yaxşısı “Qarabağ”dır, amma...

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır.

278 xala malik Qurban Qurbanovun yetirmələri 66-cı sıradadır. Təmsilçimizin xal hesabı dəyişməsə də, Ağdam klubu 2 pillə geriləyib.

Mövqeyini qoruyan “Neftçi” 19 xalla 259-cudurr. 4 xal az toplayan “Sabah” iki addımlıq irəliləyişlə 276-cı pillədədir. Yeddi pillə geriləyən “Zirə” 14 xalla 287-cidir.

Siyahıya 2642 xala malik “Real” başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!