Azərbaycanın ən üzdə olan hücumçusu: “Həzz aldım”

18 Aprel 01:10 Bizimkilər 244
Azərbaycanın ən üzdə olan hücumçusu: “Həzz aldım”

"Nürnberq"də çıxış edən Mahir Emreli uzun müddətdən sonra qol vurduğu son oyunla bağlı danışıb.

Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, "Kayzerslautern"lə görüşdə fərqlənərək komandasının qələbəsində (2:1) böyük pay sahibi olan Azərbaycan millisinin hücumçusu xeyli müddətdən sonra start heyətdə yer almasının onun üçün xüsusi əhəmiyyəti olduğunu deyib:

"Uzun müddətdən sonra start heyətdə yer aldığım ilk oyunum idi. Bu, mənim üçün xüsusi bir məna kəsb edirdi.

Oyun zamanı komandama kömək etməkdən həzz alırdım. Çətin matç olacağını bilirdik.

Komanda yoldaşlarım dedilər ki, Kayzerslauterndəki azarkeşlər rəqibin böyük üstünlüyüdür, amma taktiki və mental olaraq yaxşı hazırlaşmışdıq".

27 yaşlı futbolçu bildirib ki, 2-ci bundesliqada qalib gələ bilməyəcəkləri rəqib yoxdur:

"Ümid edirəm ki, bu qələbə bizə qarşıdakı oyunlar üçün daha çox inam verəcək. Əgər psixoloji olaraq hazır olsaq, bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur".

M.Mereli bu mövsüm "Nürnberq"də ümumilikdə 20 oyuna 5 qol vurub, 1 qol ötürməsi edib. O, “Kayzerslautern”lə oyuna qədər son qolunu ötən ilin noyabrında vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"