Mahir qələbə qolu ilə Almaniyada gündəmə gəldi, təriflər eşitdi - FOTOLAR

16 Aprel 13:20 Bizimkilər 2 635
Mahir qələbə qolu ilə Almaniyada gündəmə gəldi, təriflər eşitdi - FOTOLAR

Azərbaycan millisinin və “Nürnberq”in hücumçusu Mahir Emreli “Kayzerlautern” üzərində 2:1 hesablı qələbə qazandıqları matçdan sonra diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, “Bild” nəşrində yayımlanan məqalədə onun uzun fasilədən sonra ilk qolunu vurduğunu və bu qələbənin komanda üçün son dərəcə əhəmiyyətli olduğu qeyd edilib.

Futbolçu qəzetə açıqlamasında “Kayzerslautern”ə qarşı qazandıqları qələbənin komandasına daha çox inam qazandıracağını və növbəti matçlara daha hazırlıqlı çıxacaqlarını qeyd edib:

“Çətin matç olacağını bilirdik. Amma biz həm taktiki, həm də mənəvi cəhətdən çox yaxşı hazırlaşmışdıq. Ümid edirəm ki, bu oyun bizə növbəti qarşılaşmalar üçün daha çox inam verəcək. Mənəvi cəhətdən hazır olsaq, bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur”.

“Clubfokus” saytı da M.Emrelinin oyunda göstərdiyi performansla onu tənqid edənlərə cavab verdiyini bildirib.

“Bu performans Emrelinin komanda üçün nə qədər dəyərli bir oyunçu olduğunu və gələcəkdə də onun potensialından necə faydalana biləcəyini göstərir.

Böyük ustalıqla topu yuxarı küncə göndərməsi onun performansının ən parlaq məqamı oldu”, - nəşr yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!