Vüsal məhsuldar ötürmə etdi, zədələnərək meydandan çıxdı

14 Aprel 02:20 Bizimkilər 259
Vüsal məhsuldar ötürmə etdi, zədələnərək meydandan çıxdı

Türkiyə 1-ci Liqasında 34-cü turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" səfərdə "Ankaragücü" ilə qarşılaşıb.

Matç 2:2 hesablı heç-heçə ilə bitib.

Oyuna start heyətində başlayan Vüsal komandasının ilk qolunun asistini edib. 29 yaşlı vinger 90+8-ci dəqiqədə zədələnərək meydanı tərk etməli olub.

"Boluspor" bu matçdan sonra 49 xalla 10-cu pillədə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...