
Almaniyada II Bundesliqanın 29-cu turu keçirilir.
Sportinfo.az xəbər verir ki, Mahir Əmrəlinin çıxış etdiyi “Nürnberq” səfərdə “Kayzerslautern”lə qarşılaşıb.
Hücumçumuz oyuna start heyətində başlayıb və 87-ci dəqiqədə əvəzlənib.
O, qarşılaşmanın 68-ci dəqiqəsində komandasının ikinci qolunu vurub, cəmi iki dəqiqə sonra isə sarı vərəqə alan Emreli 87-ci dəqiqədə əvəzlənib.
Bu qələbə sayəsində “Nürnberq” xallarını 44-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.