Azərbaycanlı futbolçu dubl etdi, bu ölkədə ən yaxşı seçildi - FOTOLAR

14 Aprel 00:50 Bizimkilər 491
Azərbaycanlı futbolçu dubl etdi, bu ölkədə ən yaxşı seçildi - FOTOLAR

“Alay”ın futbolçusu Ramin Əhmədov ardıcıl iki turdur ki, ən yaxşı oyunçu seçilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Qırğızıstan çempionatının 5-ci turunun “Alqa” ilə görüşündə iki qol vuraraq, komandasına 2:1 hesablı qələbə qazandırıb.

Buna görə də Əhmədov oyunun ən yaxşısı adına layiq görülüb.

O, 4-cü turda “Kırqız Altın”la görüşdə də matçın ən yaxşısı seçilmişdi.

5 turdan sonra “Alay” Qırğızıstan çempionatında 15 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...