Millimizin hücumçusu qol pası verdi, 12 dəqiqəyə “val” dəyişdi, əhvalı korlandı

13 Aprel 01:20 Bizimkilər 289
Millimizin hücumçusu qol pası verdi, 12 dəqiqəyə “val” dəyişdi, əhvalı korlandı

Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 28-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Rakov”un qonağı olub.

Görüş "Radomiak"ın 1:2 hesablı məğubiyyəti ilə başa çatıb. Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.

Meydana start heyətində çıxan Renat isə 76-cı dəqiqədə Pedro Perotti ilə əvəzlənib.

Matçın 45+1-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan millimizin hücumçusu ikinci hissədə məhsuldar ötürmə müəllifi olub.

52-ci dəqiqədə Dadaşovun ötürməsindən sonra Rafal Volski “Radomiak”ı hesabda önə keçirib. Lakin qonaqların sevinci çox çəkməyib. 12 dəqiqəyə 2 qol vuran “Rakov” qələbə qazanıb.

“Radomiak” hazırda turnir cədvəlində 34 xalla 13-cüdür. “Rakov” isə 59 xalla vahid liderdir.

“Rakov” - “Radomiak" 2:1
Qollar
: Rafal Volski, 52 (0:1), İvan Lopez, 53 (1:1), Leonardo Roşa, 64 (2:1)

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 20:00 Çək və bizə göndər!
13 Aprel 11:30 Bu işdə xeyir var!