Mahir Emreli “Nürnberq”ə qələbə qazandırdı, cəzalandı

13 Aprel 01:10 Bizimkilər 563
Mahir Emreli “Nürnberq”ə qələbə qazandırdı, cəzalandı

Almaniya II Bundesliqasında 29-cu turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin komandası “Nürnberq” səfərdə “Kayzerslautern”lə qarşılaşıb.

Emreli də bu oyunun iştirakçısı olub. O, uzun fasilədən sonra start heyətində yer alıb və 87-ci dəqiqədə Yanni Serra ilə əvəzlənib.

Mahir ilk 11-liyə qayıdışını qolla qeyd edib. Millimizin hücumçusu 68-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

Emreli Yulian Yustvanın ötürməsini qola çevirib. Bununla da o, hazırkı klubunun heyətində 20-ci oyunda 5-ci qolunu vurub.

Mahir “Nürnberq”in heyətində sonuncu dəfə ötən il noyabrın 3-də “Hamburq”la matçda fərqlənmişdi.

Matç “Nürnberq”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Nürnberq” 7-ci pilləyə yüksəlib. 2 xal çox toplayan “Kayzerslautern” isə 5-ci pillədə qərarlaşıb.

“Kayzerslautern” - “Nürnberq” 1:2
Qollar:
Fabio Qruber, 14 (0:1), Mahir Emreli, 68 (0:2), Marlon Ritter, 72-pen. (1:2)

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 20:00 Çək və bizə göndər!
13 Aprel 11:30 Bu işdə xeyir var!