
İran çempionatının lideri “Traktor” növbəti matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Güney Azərbaycan təmsilçisi 26-cı turda səfərdə “Şadormalu”nun qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Rəqiblərindən bir oyun az keçirən Təbriz təmsilçisi 55 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyiciləri “Sepahan” 53 xalla ikinci, “Persepolis” isə 51 xalla üçüncüdür.