"Kloze və Emreli bu həyatda heç vaxt ən yaxın dost olmayacaq"

11 Aprel 00:30 Bizimkilər 266
"Kloze və Emreli bu həyatda heç vaxt ən yaxın dost olmayacaq"

Almaniya mətbuatı 2-ci Bundesliqanın 29-cu turunun “Kayzerslautern”lə (12 aprel) matçında hələ də zədəli olan “Nürnberq”in hücumçusu Stefanos Tsiması kimin əvəz edə biləcəyi haqda müzakirə aparılarkən, Mahir Emrelinin oynamaq şansları da qeyd olunub.

Sportinfo.az xəbər verir ki, “Kicker” nəşri millimizin forvardının Miroslav Kloze ilə münasibətindən də yazıb:

"Emreli “Nürnberq”in problemlərini həll edən ekspertdir. Cənubi Koreyaya mümkün keçidindən sonra Azərbaycan millisinin hücumçusuna münasibət dəyişdi.

Müqayisə üçün deyək ki, mövsümün ilk yarısında yeddinci turdan başlayaraq 8 dəfə start heyətində yer almışdı, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Mövsümün ikinci yarısında isə Kloze 27 yaşlı hücumçuya cəmi 2 dəfə şans verib. Mahir bacarığı ilə kluba kömək edə biləcəyini dəfələrlə sübut edib.

Kloze və Emreli bu həyatda heç vaxt ən yaxın dost olmayacaqlar. Amma ən uyğun start heyətini tapmaq üçün əsas məsələ bu deyil".

Digər Xəbərlər
Xəbər Lenti