
Türkiyə 1-ci Liqasında 33-cü turun görüşləri keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millinizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Ərzurum"la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Coşqun Diniyev də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
33 turdan sonra 48 xal toplayan "Çorum" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.