
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.
Sportinfo.az xəbər verir ki, C.Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib.
O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Qavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.
Görüşlərdə Azərbaycanda futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.