Paşinyan azərbaycanlı məşqçinin axtarışa verilməsi qərarını ləğv etdi

9 Aprel 02:50 Bizimkilər 431
Paşinyan azərbaycanlı məşqçinin axtarışa verilməsi qərarını ləğv etdi

“Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə dövlətin maraqlarına zidd addım atıb və bu, ictimaiyyətin narazılığına səbəb olub”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri erməni siyasətçi Qaqik Ambaryan deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədə azərbaycanlı ictimai fəal, məşqçi Kamil Zeynallı barəsində beynəlxalq axtarış elan edilmişdi:

“Bu şəxs bir il əvvəl Moskvada saxlanılıb, daha sonra Bakıya qaytarılıb. Həmin şəxs barəsində beynəlxalq axtarış artıq ləğv edilib.

Bu qərar Ermənistan tərəfindən verilib. Həmçinin başqa şəxsin də barəsindəki axtarış qərarları ləğv edilib”.

Ambaryan bu addımı Ermənistanın beynəlxalq nüfuzuna xələl gətirən qərar kimi qiymətləndirib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 08:50 O. bu liqaya göndərildi