
Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasını geyindiyi "Eqnatiya" Albaniya Superliqasında 33-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda "Elbasani"ni qəbul edib. Matçda "Eqnatiya" 1:2 hesab ilə uduzub.
Zamiq Əliyev oyuna start heyətdə çıxıb və sonadək oynayıb. 22 yaşlı müdafiəçi 26-cı dəqiqədə sarı vərəqə alıb.
"Eqnatiya" hazırda turnir cədvəlində 58 xalla liderdir. "Elbasani" isə 46 xalla 5-cidir.
"Eqnatiya" - "Elbasani" - 1:2
Qollar: Medeyros, 85 - Dukoyo, 43, Tsaque, 45+1