
Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "Joenbuk"u qəbul edib.
Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Anton Krivotsyuk bu qarşılaşmanın iştirakçısı olmayıb. 26 yaşlı sol cinah müdafiəçisi sona qədər ehtiyatda qalıb.
8 turdan sonra aktivində 16 xal olan "Tecon Xana Sitizen" turnir cədvəlinin zirvəsində qərarlaşıb.