Millimzin legionerləri üçün üzücü axşam - VİDEO+FOTO

02:10 Bizimkilər 96
Millimzin legionerləri üçün üzücü axşam - VİDEO+FOTO

Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 27-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda öz meydanında “Zaqlebie” ilə qarşılaşıb.

Görüş "Radomiak"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 30-cu dəqiqədə İqor Orlikovski vurub.

Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.

Start heyətində yer alan Renat isə 82-ci dəqiqədə Rafael Barbosa ilə əvəzlənib.

“Radomiak” hazırda turnir cədvəlində 34 xalla 11-cidir. “Zaqlebie” isə 26 xalla 14-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"