
“Radomyak”ın (Polşa) baş məşqçisi Joao Enrikeş komandanın azərbaycanlı futbolçuları - Renat Dadaşov və Rahil Məmmədov haqda danışıb.
Sportinfo.az “wKielcach.info” portalına istinadən xəbər verir ki, portuqal mütəxəssis deyib:
"Renat Dadaşov komandaya cümə axşamı, Rahil Məmmədov isə cümə günü qoşulub.
Milliyə dəvət edilən hər 4 futbolçumuz da heyətə düşə bilər. Renat Dadaşov və Rahil Məmmədovun da oynamaq şansı var".