
Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.
Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır.
278 xala malik Qurban Qurbanovun yetirmələri 64-cü sıradadır. Təmsilçimizin xal hesabı və mövqeyi dəyişməz qalıb.
Beş pillə geriləyən “Neftçi” 19 xalla 259-cudur. 4 xal az toplayan “Sabah” 278-ci pilləni qoruyub. 6 addım irəliləyən “Zirə” 14 xalla 280-cidir.
Syahıya 2632 xala malik “Real” başçılıq edir.