
Azərbaycan millisinin sabiq hücumçusu, hazırda “Dinamo”nun (Berlin) formasını geyinən Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Liqasının 26-cı turunun "Zelendorf" üzərində qazandığı qələbəni (5:3) şərh edib.
Sportal.az xəbər verir ki, “Berliner Kurier”ə danışan forvard vurduğu iki qol haqda danışıb.
O, deyib:
"Möhtəşəm oyun getdi. Bu, həqiqətən də çox əyləncəli idi.
“Dinamo”nu məhz bu cür görmək istəyirik. Komandanı daha üst liqalara çıxarmaq istəyirik.
Təcrübəmdən istifadə edərək komandaya xeyir vermək niyyətindəyəm.
Milli karyeram da olduğu üçün beynəlxaq təcrübəyə də malikəm. Bunun da verdiyi özünəinam var".