
Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” Polşa çempionatının 26-cı turunda səfərdə "Korona"nı qəbul edib.
Sportinfo.az xəbər verir ki, bu matçda meydana 64-cü dəqiqədə çıxan Renat Dadaşov 90+4-də asist edərək komandasının 3:1 hesablı qələbəsində pay sahibi olub.
Rahil Məmmədovadın adı isə iştirak ərizəsinə salınmayıb.
Dadaşov Polşa klubunun heyətində indiyə qədər 2 qol da vurub. Bu matçdan sonra "Radomyak" ölkə çempionatında 34 xalla 10-cu sırada yer alıb.