
Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 26-cı tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Korona Kielçe” ilə qarşılaşıb.
Görüş "Radomiak"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.
Meydana oyunun 64-cü dəqiqəsində çıxan Renat isə 67-ci dəqiqədə sarı vərəqə alıb, 90+4-cü dəqiqədə qolun ötürməsini edib.
“Radomiak” hazırda turnir cədvəlində 34 xalla 9-cudur.“Korona Kielçe” isə 33 xalla 13-cü yerdədir.
Renat Dadaşov Polşa təmsilçisinin heyətində buna qədər 3 oyuna çıxıb və 2 qolun müəllifi olub.
“Korona Kielçe” - "Radomiak" 1:3
Qollar: Resta, 3 - Burç, 10; Kapita, 75, 90+4