Mahir qola, “Nürnberq” qələbəyə həsrət qaldı

30 Mart 23:20 Bizimkilər 707
Mahir qola, “Nürnberq” qələbəyə həsrət qaldı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya 2-ci bundesliqasında bu gün keçirilən “Yan Reqensburq” - “Nürnberq” matçının iştirakçısı olub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu ehtiyat heyətdə yer alıb, 78-ci dəqiqədə isə Janis Antistin əvəzinə meydana daxil olub.

Emreli qol vura bilməyib.

Onun komandası isə 11-ci dəqiqədə Antistin qolu ilə hesabda önə keçsə də, sonradan 2 qol buraxaraq (Flik, 47-avtoqol., Ganaus, 55) uduzub - 1:2.

27 oyundan 41 xalı olan “Nürnberq” hazırda 8-ci yeri tutur.

Emreli bu mövsüm alman təmsilçisi ilə bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO