
Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün də formasını geyindiyi "Helsinki" Finlandiya kubokunun final matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda "İnter Turku" ilə qarşılaşıb.
Görüşün əsas və əlavə vaxtı 4:4 hesabı ilə bitib. Ona görə də penaltilər seriyası oynanılıb. Burada "İnter Turku" daha dəqiq olub və kuboku qazanıb - 8:7.
Ozan Can da bu qarşılaşmada iştirak edib. O, meydana 64-cü dəqiqədə çıxıb və sonadək oynayıb.
Penalti seriyasında "Helsinki" adına zərbə vuranlardan biri də məhz Kökçü olub. 26 yaşlı hücumçu qapını dəqiq nişan ala bilməyib və "Helsinki" meydandan məğlub ayrılıb.
"Helsinki" - "İnter Turku" 4:4, penaltilər seriyası - 7:8
Qollar: Pukki, 5, 54, Bande, 48, Hostikka, 60 - Leqbo, 49, Jarvinen, 52, Yii-Kokko, 55, Kekaraynen, 88