
Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "Qvanqju"nu qəbul edib.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Anton Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı sol cinah müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
6 turdan sonra aktivində 13 xal olan "Tecon Xana Sitizen" turnir cədvəlinin zirvəsində qərarlaşıb.