
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 31-ci tur çərçivəsində səfərdə "Pendikspor"la qarşılaşıb.
Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Coşqun da bu görüşün iştirakçısı olub. O, bu matça ehtiyatda başlayıb və 46-cı dəqiqədə meydana çıxıb.
"Çorum" turnir cədvəlində 46 xalla 7-ci yerdədir. "Pendikspor" isə 41 xalla 14-cüdür.
"Pendikspor" - "Çorum" 2:2
Qollar: Karadeniz, 60; Del Valle, 81 - Yazqan, 30; Verheydt, 38