Azərbaycanlı milyarder vəd etdi - Klubun bütün borclarını ödəyəcəm!

29 Mart 13:35 Bizimkilər 5 028
Azərbaycanlı milyarder vəd etdi - Klubun bütün borclarını ödəyəcəm!

"Ximki"nin azərbaycanlı sahibi Tufan Sadıqov futbolçuların bütün borcların ödəniləcəyinə söz verib.

Sportinfo.az "RB Sport"a istinadən xəbər verir ki, iş adamı əsas komandanın futbolçuları və məşqçilər heyəti ilə görüşüb.

Həmin görüş həftənin əvvəlində baş tutub, milyarder burada klubun maliyyələşməsi ilə bağlı sualları cavablandırıb.

O cümlədən, komandaya bir ay ərzində mükafatlar üzrə borcların və əməkhaqqı ödənişlərinin bir hissəsinin ödəniləcəyi vəd edilib.

Bundan əlavə, bütün borcların gələcəkdə ödəniləcəyi bildirilib.

"Ximki” 21 turdan sonra Rusiya Premyer Lqiasında 16 komanda arasında 11-ci pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 11:30 DƏVƏT - Buradasız?