Bu siyahının “ağa”sı Rəşad Sadıqovdur, o isə...

27 Mart 15:40 Bizimkilər 975
Bu siyahının “ağa”sı Rəşad Sadıqovdur, o isə...

Azərbaycan millisinin Belarusla oyunu (0:2) Bəhlul Mustafazadə üçün ilklə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasında ilk dəfə əsas yığmanın kapitanı kimi meydana çıxıb.

“Qarabağ”ın futbolçusu bununla da millinin tarixinə 33-cü kimi düşüb. Bu görüşədək 306 matç keçirən yığmanın start heyətində 32 fərqli kapitan olub.

“33-lər”in siyahısına isə Rəşad Sadıqov başçılıq edir. “Zirə”nin indiki baş məşqçisi 78 dəfə yığmanı meydana kapitan sarğısı ilə çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti