
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Sportinfo.az xəbər verir ki, K.Umudlu 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçirilən oyunları idarə edir.
O, martın 19-da Niderland – Xorvatiya matçına çıxıb. Ayın 25-də Çexiya – Niderland görüşündə də baş hakim olacaq.
FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirib. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olub.
Qrup mərhələsinin oyunları Çexiyada təşkil olunur