UEFA-nın iclasında Azərbaycandan kim iştirak etdi?

23 Mart 03:10 Bizimkilər 307
UEFA-nın iclasında Azərbaycandan kim iştirak etdi?

Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.

Sportinfo.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.

Toplantı zamanı aşağıdakı məsələlər müzakirə olunub:

- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;

- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;

- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;

- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;

- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.

Digər Xəbərlər
Xəbər Lenti