
Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov Almaniyanın “Dinamo” klubunda uğurlu çıxışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçunun performansı Berlin təmsilçisinin baş məşqçisi Dennis Kutriebin də ürəyincədir.
Çalışdırıcı Dadaşovu hətta başqa mövqedə sınamaq qərarına gəlib.
Belə ki, o, Regionalliqanın XXVI turunda “Plauen”lə görüşdə pleymeyker kimi çıxış edib və komandasının 3:1 hesablı qələbəsinə 1 qolla töhfə verib.
Baş məşqçi Rüfətin yeni mövqedəki çıxışından razı qaldığını söyləyib. O, bu qərarının səbəbini də izah edib:
“Kevin və Bambi ilə öndə daha yüksək tempdə olmaq istəyirdik. Dadaşov isə topla inanılmaz dərəcədə arxayın davranır.
Topu qoruya bilir və ikinci toplarda iştirak edir. O, 10 nömrəli mövqedən dərinə enəndə bunu izləmək çox maraqlıdır. Ümumiyyətlə, Rüfət yeni mövqedə çox yaxşı çıxış etdi”.
“Dinamo” hazırda 37 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.