
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor"un düşərgəsində olub.
AFFA-dan Sportinfo.az-a verilən məlumata görə, Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb.
Mütəxəssislər iki ölkə futbolu və komandaların hazırkı durumu barədə fikir mübadiləsi aparıblar. A.Abbasov türkiyəli həmkarına yığmanın 5 nömrəli formasını hədiyyə edib.