Azərbaycanlı hücumçu xarici məşqçidən eşitdi: “İnanılmaz dərəcədə arxayındır”

13:20 Bizimkilər 166
Azərbaycanlı hücumçu xarici məşqçidən eşitdi: “İnanılmaz dərəcədə arxayındır”

"Dinamo"nun(Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Liqasının 26-cı turunun “Plauen”ə qarşı (3:1) görüşündə ikinci hücumçu kimi oynayıb.

Sportinfo.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, baş məşqçi Dennis Kutrib qərarını belə şərh edib:

"Sadəcə, Kevin və Bambi ilə hücumda tempi artırmaq istəyirdik. Dadaşov topla inanılmaz dərəcədə arxayındır, onu kəsə bilir və ribaundlarda oynayır.

Onu 10 nömrə mövqeyində izləmək çox maraqlı idi. Ümumiyyətlə, o, bu mövqedə çox yaxşı çıxış etdi.

Hətta Rüfətin özü də yeni rolunu bəyənmişdi. Matçdan sonra paltardəyişmə otağına daxil olan kimi Dadaşova "ey pleymeker" deyirdilər, o da bundan məmnun idi".

"Plauen"lə görüşdə Rüfət komandasının 3-cü qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti