Mahiri geri qaytaran komandadan SON VİDEO

17 Mart 14:20 Bizimkilər 1 642
Mahiri geri qaytaran komandadan SON VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu mövsüm Almaniya 2-ci Bundesliqasında 12-ci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, komanda 26-cı turda evdə "Greuther Fürth"ə böyük hesabla qalib gəlib - 3:0.

Hər üç qol ilk hissədə vurulub, Emreli isə 81-ci dəqiqədə meydana daxil olub.

"Nürnberq" xalını 41-ə çatdıraraq 7-ci pillədə qərarlaşıb və lider "Hamburq"dan 7 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Mart 11:20 Bala-bala...