
Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya Superliqasında 30-cu tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda evdə “Tirana” ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb.
Zamiq də bu görüşdə iştirak edib. 23 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və sonadək oynayıb.
Millimizin üzvü 45+4-cü dəqiqəsində sarı vərəqəylə cəzalandırılıb. Daha sonra hər iki tərəfdən 1 nəfər qırmızı kart alıb.
“Eqnatiya” hazırda turnir cədvəlində 54 xalla liderdir. “Tirana” isə 31 xalla 7-cidir.
“Eqnatiya” - “Tirana” 1:1
Qollar: Sota, 36 - Pino Soler, 45+5