
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Çorum" Türkiyə 1-ci liqasının növbəti turunda üç xal qazanıb.
Sportinfo.aiz xəbər verir ki, komanda evdə iki dəfə hesabda geri düşməyinə və 75-ci dəqiqədən etibarən azlıqda qalmağına baxmayaraq, "Keçiörengücü"nə qalib gəlib - 3:2.
Start heyətində meydana çıxan Diniyev fəallığı ilə seçilmədiyindən fasilədə əvəzlənib.
"Çorum" 30 turdan sonra 45 xalla 7-ci pilləyə yüksəlib.