Mahir qol vuranı əvəzlədi, “Nürnberq” qələbə qazandı

01:00 Bizimkilər 83
Mahir qol vuranı əvəzlədi, “Nürnberq” qələbə qazandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” Almaniya bundesliqasında növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, bu gün keçirilən 26-cı turun matçında Miroslav Klozenin komandası “Qroyter”i qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb.

Qolları Justvan (4, 39) və Tsimas (45+4) vurublar.

M.Emreli ehtiyat heyətdə yer alıb. O, 81-ci dəqiqədə Tsumasın əvəzinə meydana daxil olub.

Bu qələbədən sonra xalını 41-ə yüksəldən “Nürnberq” 7-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti