
Rusiya I liqasında 23-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "SKA -Xabarovsk"da forma geyinən azərbaycanlı futbolçu Sadıq Bagiev komandada ilk rəsmi matçına çıxıb.
69-cu dəqiqədə meydana daxil olan yarımmüdafiəçi komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub.
"Sumqayıt"ın keçmiş futbolçusu Kamran Əliyev də çıxış etdiyi "SKA-Xabarovsk" bu qələbədən sonra 35 xalla 6-cı pillədə qərarlaşıb.
20 yaşlı Bagiev 2022-ci ildə Azərbaycanın U-19 yığmasına dəvət olunub və iki yoxlama matçında meydana çıxıb.