Vüsal İsgəndərli az oynadı, “İstanbulspor”u məğlub etdilər

08:20 Bizimkilər 192
Vüsal İsgəndərli az oynadı, “İstanbulspor”u məğlub etdilər

Azərbaycan millisinin vingeri Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” 29-cu tur çərçivəsində öz meydanında “İstanbulspor”la qarşılaşıb.

Oyun Bolu təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Vüsal da bu görüşün iştirakçısı olub. O, bu matça ehtiyat oyunçular skamyasından başlayıb və 88-ci dəqiqədə Florent Hasaninin əvəzinə meydana çıxıb.

“Boluspor” bu qələbə sayəsində turnir cədvəlində 44 xalla 6-cı yerdədir. 1 xal az toplayan “İstanbulspor” isə 7-cidir.

"Boluspor" - "İstanbulspor" 1:0
Qol:
Paul Mukairu, 30

Digər Xəbərlər
Xəbər Lenti