Hikmət Hacıyev: “Məhkəmə prosesi Ermənistan rəhbərliyində ciddi narahatlıq yaradır”

9 Mart 08:30 Bizimkilər 168
Hikmət Hacıyev: “Məhkəmə prosesi Ermənistan rəhbərliyində ciddi narahatlıq yaradır”

“Azərbaycanda 1991-ci ildən 2023-cü ilə qədər Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı insanlıq əleyhinə və hərbi cinayətlər də daxil olmaqla, çox sayda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam etdirilir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıqlar doğurur və bu onları məhkəmə posesinə qarşı təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edir.

H.Hacıyev, həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti