
Futbol üzrə Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Daequ"lə üz-üzə gəlib.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Anton Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub.
26 yaşlı sol cinah müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
4 turdan sonra aktivində 9 xal olan "Tecon Xana Sitizen" turnir cədvəlinin zirvəsində qərarlaşıb.