Kloze Mahirin oruc tutmasından danışdı: “Mən bunu gizlətmirəm"

8 Mart 22:40 Bizimkilər 278
Kloze Mahirin oruc tutmasından danışdı: “Mən bunu gizlətmirəm"

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emreli haqda danışıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis 27 yaşlı forvardın oruc tutduğunu bildirib.

Kloze Mahirlə bu mövzuda söhbət etdiyini deyib:

"Mahirlə çox gözəl müzakirələrimiz oldu. Çünki mənim özümün də bu müddət ərzində heç nə yeyib-içməyən çoxlu komanda yoldaşlarım var idi.

Məşqçi olaraq belə bir mövzu ilə diqqətlə məşğul olmalısınız. Amma bəli, Mahir çalışır, mən bunu gizlətmirəm.

O, Ramazanı ardıcıl olaraq keçirənlərdəndir. Yalnız oyun günlərində oruc tutmur. Sonra bu günlərin əvəzinə oruc tutacaq".

Digər Xəbərlər
Xəbər Lenti