Azərbaycan millisinin hücumçusu yayda başqa kluba getməyəcək?

5 Mart 13:20 Bizimkilər 353
Azərbaycan millisinin hücumçusu yayda başqa kluba getməyəcək?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli növbəti mövsümdə də “Nürnberq”də qala bilər.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, II Bundesliqa klubunun idman direktoru Yoti Çatzialeksiu yayda heyəti qoruyacaqlarını açıqlayıb.

O, qış fasiləsində “transfer pəncərəsi”ndə fəallıq göstərdiklərini, bu səbəbdən mövsümün sonunda eyni tempdə fəaliyyət göstərməyəcəklərini bildirib.

O, hazırkı heyəti qoruyacaqlarını və oturuşmuş kollektivlə yeni stadionda çıxış edəcəklərini vurğulayıb.

Bu mövsüm Bundesliqaya yüksəlmək şanslarının az olduğunu etiraf edən idman direktoru növbəti mövsüm qarşıya elitaya vəsiqə qazanmaq məqsədi qoyacaqlarını söyləyib.

Mahir Emrelinin “Nürnberq”lə müqavilə müddəti mövsümün sonuna qədər olsa da, Almaniya klubu yayda bu müddəti daha bir il uzatmaq hüququna malikdir.

Digər Xəbərlər
Xəbər Lenti