
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” komandası ikinci Bundesliqada növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 24-cü turda “Hannover”i qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.
Emreli görüşün 77-ci dəqiqəsində Robin Noçun əvəzinə meydana çıxıb.
Azərbaycanlı forvard bundan əvvəlki iki görüşün iştirak ərizəsində yer almamışdı.