Ukraynada çıxış edən millimizin oyunçusundan SON XƏBƏR

01:10 Bizimkilər 257
Ukraynada çıxış edən millimizin oyunçusundan SON XƏBƏR

Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin də formasını geyindiyi “Çernomorets” Ukrayna Premyer Liqasında 19-cu tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda evdə “Levıy Bereq”lə qarşılaşıb.

“Çernomorets” matçda 0:1 hesabı ilə uduzub. Yeganə qolu 21-ci dəqiqədə Dimitro Şastal vurub.

Emil bu oyunda meydana start heyətdə çıxıb və 73-cü dəqiqədə Kiril Popovla əvəzlənib. O, 53-cü dəqiqədə sarı vərəqə alıb.

Hazırda “Çernomorets” turnir cədvəlində 15 xalla 15-cidir.

Digər Xəbərlər
Xəbər Lenti